...

AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin fəaliyyətinin bərpa edilməsi üzrə Ermənistanla aparılan danışıqlarda konstruktiv müzakirəyə nail ola bildik - Azərbaycanın nümayəndə heyətinin rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Oktyabr 2010 23:59 (UTC +04:00)
Bu gün Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində Strasburqda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sayca ikinci görüş keçirilib. Görüşdə Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin bərpa edilməsi məsələsinin müzakirəsi davam etdirilib. Bu dəfəki görüşün də təşəbbüsçüsü AŞPA sədri Mövlüd Çavuşoğludur.
AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin fəaliyyətinin bərpa edilməsi üzrə Ermənistanla aparılan danışıqlarda konstruktiv müzakirəyə nail ola bildik - Azərbaycanın nümayəndə heyətinin rəhbəri

Fransa, Strasburq, 7 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Bu gün Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində Strasburqda AzərbaycanErmənistan nümayəndə heyətləri arasında sayca ikinci görüş keçirilib. Görüşdə Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin bərpa edilməsi məsələsinin müzakirəsi davam etdirilib. Bu dəfəki görüşün də təşəbbüsçüsü AŞ PA sədri Mövlüd Çavuşoğlu olub.

Xatırladaq ki, Azərbaycan və Ermənistan nümayəndə heyətləri oktyabrın 5-də də görüşmüşdülər. Görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Sabir Hacıyev, Ermənistan tərəfindən isə bu ölkənin nümayəndə heyətinin rəhbəri David Harutyunyan və onun köməkçisi Armen Rustamyan iştirak edib.

"Hesab edirəm ki, biz bu danışıqlarda ortaya qoyduğumuz məsələnin konstruktiv müzakirəsinə nail ola bildik. Ona görə ki, bizim əsas məqsədimiz bu problemi, Dağlıq Qarabağ məsələsini gündəmdən çıxarmamaq, daima AŞ-nin gündəliyində saxlamaq, Dağlıq Qarabağ problemi ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin ətrafında humanitar məsələlərinin yaddan çıxarmamaq şərti ilə müzakirə olunmasıdır" - deyə, görüşdən çıxan Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

"İki gün dalbadal gedən göruşlər onu göstərdi ki, AŞ PA-da 2005-ci ildə qəbul olunmuş qətnamə öz həllini tapmalıdır, orada göstərilən bəndlər implementasiya olunmalıdır və bunun yolları AŞ-nın gündəlyindən çıxarılmamalıdır. Biz qərara gəldik ki. Bu cür görüşləri davam etdirək və çox güman ki, AŞ PA Bürosunun iclasında ya Antalya, ya da Parisdə növbəti iclasında bu məsələni bir daha gündəmə gətirəcəyik və beləliklə, məsələnin müzakirəsinə nail olacayıq", - Seyidov deyib.

Onun sözlərinə görə, faktiki olaraq, bir neçə müddətdir ki, hər sessiyada bu görüşlər keçirilir.

"Bu özü o deməkdir ki, Dağlıq Qarabağ problemi AŞ-də ən yüksək səviyyəddə müzakirə olunur. Sizi əmin edə bilərəm ki, belə görüşlər davam edəcək - həm Büronun iclasında, həm də AŞ PA sədrinin rəhbərliyi altında bu məsələ müzakirə olunacaq. Bu bir daha ona dəlalət edir ki, bu məsələni nə qədər gündəmdən çıxarmağa çalışsalar da,  bu mümkün olan şey deyil" - Seyidov deyib.

AŞ PA sədrinin rolu ilə bağlı suala cavabında millət vəkili qeyd edib ki, "biz AŞ PA sədrinin rəhbərliyi altında bu görüşləri keçiririk və qeyd etməliyəm ki, AŞ PA sədri millətindən, mövqeyindən asılı olmayaraq, bütün  AŞ-yə üzv ölkələrinin mövqeyini ortaya qoyur. Bu mövqe 2005-ci ildə qəbul edilmiş qətnamə vasitəsilə öz ifadəsini tapıb. Bu gün AŞ PA sədri məhz qətnamənin həyata keçirilməsi ilə bağlı öz səylərini ortaya qoyub. Burada hansısa milli məsələlərin bu məsələyə aidiyyəti yoxdur".

Alt Komitənin fəaliyyətinin bərpasına dair suala cavab verən Səməd Seyidov bu Komitənin faktiki olaraq fəaliyyət göstərdiyini qeyd etdi.
 
"Hər sessiyadan sessiyaya bu görüşlər gedir. O ki qaldı hansısa formada formal cəhətdən bu məsələnin  genişlənməsi, əminəm ki, bu da olacaq. Gəlin hadisələri qabaqlamayaq. O qədər də asan məsələlər deyil. İndi danışıqlar gedir və sonda  masanın üzərində  2005-ci ildə  qəbul edilmiş qətnamə var və onun bəndlərində isə konkret məsələlər var və onların həyata keçirilməsi ilə məşğul olacayıq" - deyə, millət vəkili bildirib .

Xəbər lenti

Xəbər lenti