...

"Sosialist İnternasionalı" ermənilərin işğal faktına biganə qalmayacaq - Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Oktyabr 2010 14:39 (UTC +04:00)
"Sosialist İnternasionalı" ermənilərin işğal faktına və milyonlarla insanın deportasiya olunmasına biganə qalmayacaq
"Sosialist İnternasionalı" ermənilərin işğal faktına biganə qalmayacaq - Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan, "Sosialist İnternasionalı" təşkilatının ermənilərin işğal faktına biganə qalmayacağına inanır.

"Hesab edirəm, öz fəaliyyəti ilə çox vacib bir missiyanı yerinə yetirən "Sosialist İnternasionalı" ermənilərin işğal faktına və milyonlarla insanın deportasiya olunmasına biganə qalmayacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həllinə öz töhfələrini verəcək", - Trend-in məlumatına görə, bunu bazar ertəsi "Sosialist İnternasionalı"nın MDB, Qafqaz və Qara dəniz hövzəsi üzrə Bakıda keçirilən regional konfransında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev öz çıxışında deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Əliyevin sözlərinə görə, iyirmi ilə yaxındır ki, Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bir sıra beynəlxalq təşkilatların qərar və qətnamələrində işğal faktı öz təsdiqini tapıb.

"Sosialist İnternasionalı"nın baş katibi Luis Ayalan Azərbaycan hökumətinə bu tədbirin Bakıda keçirilməsi üçün şərait yaratdığına görə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti