...

Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Oktyabr 2010 10:21 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyi mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, erməni hərbçiləri oktyabrın 12-də saat 10:30-dan 10:40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;

saat 20:05-dən 20:15-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

oktyabrın 13-də saat 00:15-dən 00:30-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən

Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti