...

Rusiyanın dondurulmuş münaqişələri həll etmək üçün potensialı var – Prezident Medvedev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Oktyabr 2010 17:12 (UTC +04:00)
Rusiyanın müxtəlif münaqişələri, o cümlədən, "dondurulmuş" münaqişələri həll etmək üçün potensialı var. Bu barədə Rusiya Prezidenti Dmitri Medvedev Dovilada mətbuat konfransında deyib. Xəbəri "Rossiya 24" telekanalı yayıb.
Rusiyanın dondurulmuş münaqişələri həll etmək üçün potensialı var – Prezident Medvedev

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Qasımova/

Rusiyanın müxtəlif münaqişələri, o cümlədən, "dondurulmuş" münaqişələri həll etmək üçün potensialı var. Bu barədə Rusiya Prezidenti Dmitri Medvedev Dovilada mətbuat konfransında deyib. Xəbəri "Rossiya 24" telekanalı yayıb.

"Biz münaqişələrin həllində müəyyən nəticələrə nail ola bilərik, lakin bunun üçün bütün münaqişə tərəflərinin konstruktiv mövqe tutmaları da lazımdır", - Medvedev qeyd edib.

Rusiyanın vasitəçi kimi çıxış etdiyi dondurulmuş münaqişələrdən biri  - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti