...

Türkiyə Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı həmişə dəstəkləyir - Araz Əzimov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Mart 2011 18:58 (UTC +04:00)
Türkiyə Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı həmişə dəstəkləyir. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Ankarada Bilkənt Universitetində çıxışı zamanı deyib.
Türkiyə Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı həmişə dəstəkləyir - Araz Əzimov

Türkiyə Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı həmişə dəstəkləyir. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Ankarada Bilkənt Universitetində çıxışı zamanı deyib. Məlumatı Türkiyə KİV yayıb.

Əzimov cümə günü Bilkənt Universitetində "Regional təhlükəsizlik: Azərbaycan-Türkiyə münasibətləri" məruzəsi ilə çıxış edib. O, çıxışının çox hissəsini Dağlıq Qarabağ münaqişəsinə və Türkiyə-Azərbaycan münasibətlərinə həsr edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Əzimov martın 9-dan Türkiyədə səfərdədir. Naziri müavininin işgüzar səfərinin məqsədi siyasi məsləhətlərin aparılmasıdır", - bundan əvvəl Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Əzimov həmçinin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti