...

Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2011 00:31 (UTC +04:00)
Azərbaycanın, Rusiya Federasiyası və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyan cümə günü Moskvada işgüzar görüş keçiriblər.
Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Tarıverdiyeva

Azərbaycanın, Rusiya Federasiyası və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyan cümə günü Moskvada işgüzar görüş keçiriblər. Trend-in məlumatına görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib. Məlumatı RF XİN-in rəsmi saytı yayıb.

Martın 5-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparmışdılar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti