...

Razılığa nail olunması üçün Azərbaycana və Ermənistana əlavə təkliflər təqdim olunacaq - Fransa XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyul 2011 13:45 (UTC +04:00)
Razılığa nail olunması üçün Azərbaycana və Ermənistana Dağlıq Qarabağ münaqişəsi üzrə əlavə təkliflər təqdim ediləcək. Bu barədə Fransa XİN rəhbəri Alen Jüppe "Exo Moskvı" radiostansiyasına müsahibəsində bildirib.
Razılığa nail olunması üçün Azərbaycana və Ermənistana əlavə təkliflər təqdim olunacaq - Fransa XİN rəhbəri

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Razılığa nail olunması üçün Azərbaycana və Ermənistana Dağlıq Qarabağ münaqişəsi üzrə əlavə təkliflər təqdim ediləcək. Bu barədə Fransa XİN rəhbəri Alen Jüppe "Exo Moskvı" radiostansiyasına müsahibəsində bildirib.

"Mən, ələbəttə, Rusiyanın, Rusiya prezidentinin səylərini alqışlayıram, o bu məsələdə həm Soçidə, həm də Kazanda çox səy göstərib. Lakin bunun heç bir nəticəyə gətirib çıxarmaması, əlbəttə, üzücüdür", - Jüppe deyib.

Bununla belə, o qeyd edib ki, indi bu məsələ ilə bağlı əlavə təkliflər təqdim olunacaq.

Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti