...

Fransa və Azərbaycan XİN rəhbərləri Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2011 12:39 (UTC +04:00)
Parisdə Fransa və Azərbaycanın xarici işlər nazirləri Alen Jüppe və Elmar Məmmədyarov Kazandakı üçtərəfli görüşün yekunları nəzərə alınmaqla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə ediblər.
Fransa və Azərbaycan XİN rəhbərləri Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir Y.Ostapenko/

Parisdə Fransa və Azərbaycanın xarici işlər nazirləri Alen Jüppe və Elmar Məmmədyarov Kazandakı üçtərəfli görüşün yekunları nəzərə alınmaqla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə Fransa XİN xəbər verir.

Azərbaycanda Fransanın investisiyaları və ticari-iqtisadi əlaqələrin inkişaf perspektivləri də gündəlikdə olub.

Məmmədyarov 6-7 iyul tarixində Parisdə işgüzar səfərdədir. O, burada bu ölkənin ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunda həmsədrliyi kontekstində Fransanın rəsmi şəxsləri ilə görüşlər keçirir.

"Bu səfər Fransa ilə Azərbaycan arasındakı dərin dostluq əlaqələrini əks etdirir, ikitərəli münasibətlərin və əməkdaşlığın saxələndirilməsinə sadiqliyimizi təsdiqləməyə imkan verir", - Fransa XİN-in məlumatında deyilir.

İyunun 24-də keçirilən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü son üç il ərzində sayca doqquzuncu olub. Kazan görüşünə danışıqlar prosesində irəliləyişin əldə olunacağına böyük ümidlər bəslənilsə də görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti