...

Azərbaycan Ukraynaya etiraz notası təqdim edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2011 13:24 (UTC +04:00)
Azərbaycan Ukraynaya bu ölkənin "Image" jurnalının xüsusi buraxılışında Azərbaycan əleyhinə materialların dərc olunması ilə bağlı etiraz notası təqdim edəcək.
Azərbaycan Ukraynaya etiraz notası təqdim edəcək

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Ukraynaya bu ölkənin "Image" jurnalının xüsusi buraxılışında Azərbaycan əleyhinə materialların dərc olunması ilə bağlı etiraz notası təqdim edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri İrfan Davudov bildirib.

Ukraynanın beynəlxalq iş jurnalı "Image" Ermənistanın Ukraynadakı səfirliyinin yardımı ilə xüsusi nömrə buraxıb. Buraxılış tamamilə Ermənistana və Dağlıq Qarabağ separeatçı rejiminə həsr edilib, bununla yanaşı, Azərbaycan əleyhinə materiallar və saxtalaşdırılmış məlumatlar dərc olunub.

Diplomat qeyd edib ki, Azərbaycan, naşirlərin özlərinin məlumatına görə, guya "Ukrayna Prezidenti Administrasiyasının himayəsi ilə buraxılan" jurnalın əslində dələduzluqla məşğul olduğunu Ukrayna XİN-in diqqətinə çatdırmaq fikrindədir.

Davudov bildirib ki, səfirlik habelə jurnalın redaksiyasına da etiraz göndərəcək və izahat tələb edəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti