...

ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməlidir - ABŞ Dövlət Departamenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyul 2011 12:16 (UTC +04:00)
ATƏT Gürcüstanda, Moldovada və Dağlıq Qarabağdakı münaqişələrin həllində bilavasitə rol oynamalıdır.
ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməlidir - ABŞ Dövlət Departamenti

Azərbaycan, Bakı, 29 iyul /Trend/

ATƏT Gürcüstanda, Moldovada və Dağlıq Qarabağdakı münaqişələrin həllində bilavasitə rol oynamalıdır. Trend-in məlumatına görə, bu barədə Avropada təhlükəsizlik və əməkdaşlıq komissiyasında keçirilən dinləmələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavini Filip Qordon bildirib. Məlumatı RİA Novosti yayıb.

"Biz həm də istərdik ki, ATƏT Orta Asiyaya, habelə regionda demokratiya və insan haqları ilə bağlı çoxdankı problemlərə daha böyük diqqət ayırsın. ATƏT Qırğızıstandakı hələ gənc parlament demokratiyasına kömək edə bilər və etməlidir, Əfqanıstanda, xüsusilə də sərhədyanı rayonlarda sabitliyin və təhlükəsizliyin təminatına daha çox yardım etməlidir", - Qordon deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti