...

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyul 2011 12:08 (UTC +04:00)
Azərbaycan Ordusunun zabiti şəhid olub.
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Ordusunun zabiti şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, zabit Elşad Həsənov Ermənistan Silahlı Qüvvələrinin Ağdamın işğal altında olan Yusifcanlı kəndindəki mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutması nəticəsində başından yaralanıb.

Nazirliyin məlumatında qeyd olunub ki, Milli Ordunun zabiti iyulun 29-da axşam saat 20:30-da aldığı güllə nəticəsində dünyasını dəyişib.

23 yaşlı Elşad Həsənəli oğlu Həsənov Mingəçevir Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı.

Xəbər lenti

Xəbər lenti