...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri altı istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2011 09:57 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri altı istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-də saat 12.15-dən 12.25-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 15.15-dən 15.30-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 22.25-dən 22.30-dək, sentyabrın 13-də saat 00.40-dan 00.50-dək və 01.10-dan 01.20-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 02.35-dən 02.43-dək Ermənistan Respublikasının İjevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən javab atəşi ilə susdurulub.


Xəbər lenti

Xəbər lenti