...

Rəsmi Bakı Dağlıq Qarabağın erməni icmasının Berlindəki görüşə gəlməməsinə münasibət bildirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2011 12:16 (UTC +04:00)
Rəsmi Bakı Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin azərbaycanlı icma ilə noyabrın 28-də Berlində keçirilən görüşə gəlməməsinə münasibət bildirib.
Rəsmi Bakı Dağlıq Qarabağın erməni icmasının Berlindəki görüşə gəlməməsinə münasibət bildirib

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir M.Əliyev/

Rəsmi Bakı Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin azərbaycanlı icma ilə noyabrın 28-də Berlində keçirilən görüşə gəlməməsinə münasibət bildirib.

Trend-in məlumatına görə, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov cümə axşamı jurnalistlərə deyib ki, münasibətlərin tənzimlənməsindəki əsas istiqamətlərdən biri icmalararası danışıqların olmasıdır.

Həsənov qeyd edib ki, rəsmi Bakı bu məsələyə önəm verir.

"Dağlıq Qarabağın azərbaycanlı icması danışıqlarda iştirak etməyə həmişə hazır olub. Amma ermənilərin danışıqlara hansı səbəblərdən gəlmədiyini araşdırmaq lazımdır. Bu da o deməkdir ki, ermənilər işğal siyasətlərinə son qoymaq istəmirlər. Danışıqlardan da məsələnin uzadılması məqsədilə istifadə edirlər. Azərbaycan dəfələrlə bəyan edib ki, bu siyasətin sonu yoxdur. Bu, sonda müəyyən mənada hərbi qarşıdurmaya gətirib çıxara bilər", - PA rəsmisi əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərini işğal edib, müəyyən məqsədlərinə nail olandan sonra Ermənistanın həm rəsmi, həm də qeyri-rəsmi strukturları danışıqlardan qaçmağa, bununla mövcud reallığı uzatmağa çalışırlar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti