...

Azərbaycan və Ermənistanın XİN rəhbərləri həmsədrlərlə görüşüblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2011 10:18 (UTC +04:00)
Dünən Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Vilnüsdə ATƏT-in Minsk qrupunun həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi ilə görüşüblər.
Azərbaycan və Ermənistanın XİN rəhbərləri həmsədrlərlə görüşüblər

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Dünən Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Vilnüsdə ATƏT-in Minsk qrupunun həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi ilə görüşüblər.

Trend-in məlumatına görə, Mediamaks xəbər verir ki, görüş zamanı bu gün Litvada öz işinə başlayan ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin görüşü çərçivəsində birgə bəyanatın qəbul olunmasının mümkünlüyü müzakirə edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Trend-ə açıqlamasında XİN başçılarının görüşünü təsdiqləyib.

Həmsədrlərin iştirakı ilə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti