...

Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq iştirakın genişləndirilməsinə çağırır – XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2011 14:07 (UTC +04:00)
Qazaxıstan ATƏT-in Minsk qrupunun, Azərbaycan və Ermənistan hökumətlərinin Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həlli yolunun tapılmasında göstərdikləri səyləri dəstəkləyir.
Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq iştirakın genişləndirilməsinə çağırır – XİN rəhbəri

Azərbaycan, Bakı, 6 dekabr / Trend, müxbir E.Tariverdiyeva /

Qazaxıstan ATƏT-in Minsk qrupunun, Azərbaycan və Ermənistan hökumətlərinin Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həlli yolunun tapılmasında göstərdikləri səyləri dəstəkləyir. Bunu Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov Vilnüsdə ATƏT XİNŞ-də bildirib. Trend-in məlumatına görə, bu barədə qurumun saytı məlumat verib.

"Biz transmilli təhdidlər kontekstində danışıqların iştirakçıları ilə beynəlxalq institutların və vasitəçilərin əməkdaşlığının genişləndirilməsini xüsusi vurğulayırıq", - Kazıxanov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti