...

ATƏT uzunsürən münaqişələrin həlli üzrə işləri gücləndirməlidir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2011 15:24 (UTC +04:00)
ATƏT uzunsürən münaqişələrin həlli üzrə işləri gücləndirməlidir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Macarıstanın Aİ məsələləri üzrə dövlət katibinin müavini Gergeli Pryöxle (Gergely Prőhle) Vilnüsdə ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında deyib.
ATƏT uzunsürən münaqişələrin həlli üzrə işləri gücləndirməlidir (ƏLAVƏ OLUNUB)

Türkiyə XİN rəhbərinin sözləri əlavə edilib (ilk xəbər 14:48-də yayılıb)

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

ATƏT uzunsürən münaqişələrin həlli üzrə işləri gücləndirməlidir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Macarıstanın Aİ məsələləri üzrə dövlət katibinin müavini Gergeli Pryöxle (Gergely Prőhle) Vilnüsdə ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında deyib.

ATƏT-in saytında yerləşdirilmiş məlumatda deyildiyi kimi, XİNŞ-də çıxış edən Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya qeyd edib ki, Finlandiya da yubanmış münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir.

Avropa işləri üzrə britaniyalı nazir Devid Lidinqtonun sözlərinə görə isə, yubanmış münaqişələrin tərəfləri konstruktiv işlər görməlidirlər.

Öz növbəsində, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun işinin aktivləşdirilməsinin vacibliyini vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti