...

Müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyi gücləndirməlidir - ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2012 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir A.Tağıyeva/

Müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycana dəstəyi gücləndirməli və onun işğal edilmiş torpaqların azad edilməsi yolunda ədalətli mübarizəsində ölkəyə kömək etməlidir. Bu barədə cümə günü Trend-ə İordaniyanın sabiq mədəniyyət naziri, Strateji Araşdırmalar Mərkəzinin Siyasi elmlər departamentinin sədri Feysəl ər-Rufu bildirib.

"Şübhəsiz ki, müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir. Lakin İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələrinin Azərbaycana dəstəkdə rolunun gücləndirilməsinə kömək etməlidir", - ər-Rufu deyib.

Onun sözlərinə görə, Azərbaycan uğurlu iqtisadi inkişafa və daxili sabitliyə örnəkdir. Məhz, bu onu regionun digər dövlətlərindən fərqləndirir və ölkəyə işğal edilmiş torpaqların azad edilməsinə nail olmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti