...

Serj Sarkisyan Ermənistanı dərin böhrandan çıxara biləcək lider deyil - Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Mart 2012 19:25 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyanın verdiyi bəyanat daxili təbliğat məqsədlərinə xidmət göstərir və özünüreklama hesablanıb.
Serj Sarkisyan Ermənistanı dərin böhrandan çıxara biləcək lider deyil - Azərbaycan XİN

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.Tariverdiyeva/

Ermənistan Prezidenti Serj Sarkisyanın verdiyi bəyanat daxili təbliğat məqsədlərinə xidmət göstərir və özünüreklama hesablanıb. Bunu bazar ertəsi Trend-ə Ermənistanın hakim Respublika Partiyasının 13-cü qurultayında Sarkisyanının bəyanatını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

"Serj Sarkisyan öz diplomatik yanılmaları və uğursuzluqları ilə razılaşa bilmir və bunu Dağlıq Qarabağ ətrafında sülh prosesinin pozulmasına yönəlmiş destruktiv çıxışları ilə kompensasiya etməyə çalışır, hərbi işğalçı siyasətini davam etdirməyə və haqq qazandırmağa cəhd göstərir", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, görünür, belə boş çıxışlarla Sarkisyan lider kimi görünməyə çalışır.

"Lakin artıq başa düşmək lazımdır ki, lider - ölkə rəhbərliyinin uzağı görməyən siyasəti sayəsində Ermənistanı udan iqtisadi durğunluğa və demoqrafik böhrana sürükləyən şəxs deyil, ölkəsini tərəqqiyə aparandır", - Abdullayev deyib.

Serj Sarkisyan partiyanın qurultayında çıxış edərkən bəyan edib ki, Dağlıq Qarabağ ermənilərin torpağı olub və belə də olacaq və Ermənistan Respublikası separatçı regionun siyasi və iqtisadi inkişafına hərtərəfli kömək göstərib və göstərməkdə davam edəcək.

Xəbər lenti

Xəbər lenti