...

ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Mart 2012 15:16 (UTC +04:00)
ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq baş tutub.
ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir K.Zərbalıyeva/

ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq baş tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 29-da Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, şəxsi nümayəndənin ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Antal Herdiç keçiriblər.

Xəbər lenti

Xəbər lenti