...

Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Mart 2012 10:14 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 30-da saat 15.30-dan 15.40-dək və 16.45-dən 16.55-dək Ermənistan Respublikasının Berd rayonunun Mososqerx kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz
Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı qüvvələri qoşunların cəbhə xəttində bir neçə istiqamətdə atəşkəsi pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 30-da saat 15.30-dan 15.40-dək və 16.45-dən 16.55-dək Ermənistan Respublikasının Berd rayonunun Mososqerx kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, martın 31-də saat 06.22-dən 06.25-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 05.15-dən 05.50-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 05.15-dən 05.40-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti