...

Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində yaranan gərginliyə dair yayılan informasiyaya aydınlıq gətirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2012 15:31 (UTC +04:00)
Belə yanlış və yayındırıcı məlumatların dövriyyəyə buraxılmasının özəl səbəbi var.
Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində yaranan gərginliyə dair yayılan informasiyaya aydınlıq gətirib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Belə yanlış və yayındırıcı məlumatların dövriyyəyə buraxılmasının özəl səbəbi var. Ermənistanın daxilində baş qaldıran siyasi çəkişmələr və qrup maraqları ordunun içərisinə də yol taparaq silahlı münaqişələrə rəvac verir.

Bunu Trend-ə Ermənistan Ordusunun 3 əsgərinin öldürülməsi ilə bağlı məlumatı şərh edərkən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib.

Sabiroğlu bildirib ki, növbəti insidentin də bununla bağlı olması qənaətindəyik.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyunun 4-də Azərbaycanın diversiya qrupu 3 erməni əsgərini öldürüb.

Xəbər lenti

Xəbər lenti