...

Klinton: ABŞ və ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2012 04:27 (UTC +04:00)
ABŞ və ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsinin həlli üçün əlindən gələni edirlər. Trend-in Tert.am xəbər portalına istinadən verdiyi məlumata görə, bunu bazar ertəsi Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ilə birgə keçirdiyi mətbuat konfransında ABŞ-ın dövlət katibi Hillari klinton bildirib.
Klinton: ABŞ və ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edirlər

Azərbaycan, Bakı, 5 iyun /Trend/

ABŞ və ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsinin həlli üçün əlindən gələni edirlər. Trend-in Tert.am xəbər portalına istinadən verdiyi məlumata görə, bunu bazar ertəsi Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ilə birgə keçirdiyi mətbuat konfransında ABŞ-ın dövlət katibi Hillari klinton bildirib.

"Biz bütün tərəfləri gücün tətbiqindən çəkinməyə çağırırıq ki, bu məsələnin hərbi həlli ola bilməz" deyə Klinton bildirib.

Onun sözlərinə görə, ABŞ əmindir ki, münaqişənin həlli Helsinki prinsiplərinə əsaslanmalıdır.

"Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik", dövlət katibi qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti