...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2012 11:34 (UTC +04:00)
Atəşkəsin pozulması nəticəsində bir əsgərimiz şəhid olub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 5 iyun / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 4-də saat 16.00-dan 16.20-dək və 23.40-dan 23.50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 23.20-dən 23.30-dək, 23.35-dən 23.40-dək, iyunun 5-də 00.20-dən 00.30-dək, 02.45-dən 02.50-dək, 02.55-dən 03.10-dək, 05.10-dan 05.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerələşən mövqelərdən; saat 02.55-dən 03.10-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 03.10-dan 03.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 03.00-dan 03.10-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 05.00-dan 05.20-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerələşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Atəşkəsin pozulması nəticəsində bir əsgərimiz şəhid olub.

Xəbər lenti

Xəbər lenti