...

Elmar Məmmədyarov: Cəbhə xəttində insanların ölməsi Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mənfi təsir edir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2012 13:23 (UTC +04:00)
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə iyunun 18-də Parisdə görüşəcəklər.
Elmar Məmmədyarov: Cəbhə xəttində insanların ölməsi Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mənfi təsir edir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub. İlk xəbər saat 12:46-da yayılıb.

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə iyunun 18-də Parisdə görüşəcəklər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Biz ermənistanlı həmkarım Edvard Nalbandyan və həmsədrlərlə iyunun 18-də Parisdə görüşəcəyik", - Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, cəbhə xəttində insanların ölməsi Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mənfi təsir edir.

"Münaqişə həll edilməyənədək belə insidentlər, təəssüf ki, davam edəcək, buna görə də biz Ermənistanı böyük sülh sazişi üzərində işləməyə başlamağa çağırırıq" , - Məmmədyarov qeyd edib.

Onun sözlərinə görə, Parisdə görüşdə Azərbaycan Ermənistan tərəfinə başa salmağa çalışacaq ki, bundan sonra da status-kvonun saxlanması qəbuledilməzdir.

Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ABŞ dövlət katibi Hillari Klintonla danışıqların da əsas mövzusu olacaq.

"Biz həmişə başa düşmüşük ki, bu mövzu olduqca həssasdır və həm beynəlxalq vasitəçilər, həm də münaqişə tərəfləri uzanan münaqişədən çıxış yolu tapmalıdır", - nazir vurğulayıb.

Məmmədyarovun sözlərinə görə, Azərbaycan Ukraynanın gələcəkdə ATƏT-ə sədrliyinə böyük ümidlər bəsləyir.

Xəbər lenti

Xəbər lenti