...

Elnur Aslanov: Ermənistanın son diversiya əməliyyatı bu ölkənin tutduğu qeyri-konstruktiv mövqenin bariz nümunəsidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2012 12:54 (UTC +04:00)
Ermənistanın son diversiya əməliyyatı uzun illər ərzində bu ölkənin tutduğu qeyri-konstruktiv mövqenin bariz nümunəsidir.
Elnur Aslanov: Ermənistanın son diversiya əməliyyatı bu ölkənin tutduğu qeyri-konstruktiv mövqenin bariz nümunəsidir

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir M.Əliyev/

Ermənistanın son diversiya əməliyyatı uzun illər ərzində bu ölkənin tutduğu qeyri-konstruktiv mövqenin bariz nümunəsidir. Ermənistan bu gün status-kvonu saxlamağa çalışır, bölgədə sülhə, sabitliyə və əmin-amanlığa xidmət edən addımlar atmaq əvəzinə, bölgədə daha çox hərbi ritorikanın güclənməsinə, qeyri-sabitliyə, müxtəlif provakasiyalara cəhd edir. Trend-in xəbərinə görə, bunu çərşənbə axşamı jurnalistlərə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

Aslanov deyib ki, uzun illərdir Ermənistan irassional mövqe tutaraq danışıqlar prosesini uzadır, qeyri-adekvat mövqe tutur.

"Bu, onu göstərir ki, Ermənistan sülhün bərqərar olmasında maraqlı tərəf deyil", - PA rəsmisi əlavə edib.

Aslanov deyib ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycan səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli əsas müzakirə mövzularından biri olacaq.

Xəbər lenti

Xəbər lenti