...

Azərbaycan və Ermənistanın silahlı qüvvələri arasında döyüş bütün gecəni davam edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2012 10:28 (UTC +04:00)
Atışmaların intensiv xarakter daşımasına baxmayaraq, Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb.
Azərbaycan və Ermənistanın silahlı qüvvələri arasında döyüş bütün gecəni davam edib

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ermənistanın Silahlı Qüvvələrinin bölmələri iyunun 7-si saat 08:00-dan bu gün səhər saat 08:00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs rejimini pozublar.

Atışmaların intensiv xarakter daşımasına baxmayaraq, Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, son günlər cəbhə xəttinin bütün istiqamətlərində atəşkəs Ermənistan silahlıları tərəfindən intensiv şəkildə pozulur.

Xəbər lenti

Xəbər lenti