...

NATO Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesini dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2012 10:46 (UTC +04:00)
NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru Uilyam Lau hesab edir ki, Azərbaycan-NATO münasibətləri möhkəmdir və bu münasibətlər gələcəkdə daha da möhkəmlənəcək.
NATO Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesini dəstəkləyir

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir K.Zərbalıyeva/

NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru Uilyam Lau hesab edir ki, Azərbaycan-NATO münasibətləri möhkəmdir və bu münasibətlər gələcəkdə daha da möhkəmlənəcək.

Trend-in məlumatına görə, Lau cümə günü jurnalistlərə bildirib ki, Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatına verdiyi töhfəni yüksək qiymətləndirir. Onun fikrincə, Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü və NATO ilə tərəfdaşlıq bir-biri ilə ziddiyyət təşkil etmir.

"Bu tərəfdaşlığın nə qədər dərinləşəcəyini sizin ölkə müəyyənləşdirir və bu, Azərbaycan hökumətindən asılıdır", - NATO nümayəndəsi deyib.

Lau NATO-nun Çikaqo sammitinin yekun bəyannaməsini də şərh edib. O, bildirib ki, alyans üzvləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dəstək verdiklərini bəyan ediblər.

"NATO danışıqlar prosesinə cəlb olunmayıb, bu, NATO-nun rolu deyil. Lakin alyans sülh prosesini dəstəkləyir", - Lau qeyd edib.

Xəbər lenti

Xəbər lenti