...

AŞPA-nın sabiq deputatı: Dağlıq Qarabağ münaqişəsi regionun normal inkişafına mane olur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2012 17:57 (UTC +04:00)
Avropa Dağlıq Qarabağ münaqişəsini öz problemi kimi qəbul edir. Trend-in məlumatına görə, bu barədə cümə günü Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Almaniya Bundestaqının keçmiş üzvü Eduard Lintner Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovla görüşündə bildirib.
AŞPA-nın sabiq deputatı: Dağlıq Qarabağ münaqişəsi regionun normal inkişafına mane olur

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Ə.Həsənov/

Avropa Dağlıq Qarabağ münaqişəsini öz problemi kimi qəbul edir. Trend-in məlumatına görə, bu barədə cümə günü Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Almaniya Bundestaqının keçmiş üzvü Eduard Lintner Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovla görüşündə bildirib.

"Bu münaqişə regionun normal inkişafına imkan vermir və biz görürük ki, bu, dondurulmuş münaqişə deyil, "qaynar" münaqişədir", - Lintner qeyd edib.

O vurğulayıb ki, iki il əvvəl Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyannamə qəbul edib, habelə Lintnerin özü və görüşün digər iştirakçıları Azərbaycanın bu məsələ üzrə mövqeyini dəstəkləyir.

Öz növbəsində, Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, Azərbaycan torpaqlarının işğal edilməsi faktı ölkənin kənd təsərrüfatı potensialından tam istifadə etməyə imkan vermir.

Xəbər lenti

Xəbər lenti