...

Şahin Mustafayev: Ermənistanın Azərbaycana qarşı təcavüzü regionun inkişafına maneədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyun 2012 16:25 (UTC +04:00)
Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun qonşu ölkələrə qarşı ərazi iddiaları regionun inkişafına maneədir.
Şahin Mustafayev: Ermənistanın Azərbaycana qarşı təcavüzü regionun inkişafına maneədir

Türkiyə, Qars, 9 iyun / Trend, müxbir A.Tağıyeva /

Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun qonşu ölkələrə qarşı ərazi iddiaları regionun inkişafına maneədir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan, Türkiyə və Gürcüstanın iqtisadiyyat nazirlərinin Türkiyənin Qars şəhərində keçirilən görüşü zamanı bildirib.

"Ermənistan yürütdüyü təcavüzkar siyasət nəticəsində bütün regional layihələrdən kənarda qalıb və ölkə belə siyasət yürütməkdə davam etdikcə, Ermənistanın bütün regional layihələrdən təcridi davam edəcək", - Mustafayev deyib.

Nazir birgə layihələrin reallaşdırılmasının vacibliyini qeyd edib və yerləşdikləri strateji mövqe sayəsində Azərbaycan, Türkiyə və Gürcüstanın Avropa və Asiyanın birləşdirilməsində mühüm rol oynadığını bildirib.

Nazirin sözlərinə görə, dünya ölkələrinin üzləşdikləri çoxlu iqtisadi problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı yüksək davamlılıq nümayiş etdirir və iti sürətlə inkişaf etməkdə davam edir. Türkiyə və Gürcüstan iqtisadiyyatlarının da aktiv inkişaf etməsi və stabillik nümayiş etdirməsi mühüm amildir.

Mustafayev deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın tərəfdaşlıq və dostluq münasibətləri bütün dünyaya nümunədir.
"Ölkələrimizin inkişafı və aralarındakı sıx əməkdaşlıq sayəsində region bütün dünyanın diqqət mərkəzinə çevrilib", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti