...

Azərbaycan Silahlı Qüvvələrinin iki zabiti minaya düşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2012 09:36 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Goranboy rayonu istiqamətində zabitlər Zahir Məmmədov və İlqar Verdiyev minaya düşüb.
Azərbaycan Silahlı Qüvvələrinin iki zabiti minaya düşüb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Silahlı Qüvvələrinin iki zabiti minaya düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Goranboy rayonu istiqamətində zabitlər Zahir Məmmədov və İlqar Verdiyev minaya düşüb.

Hər iki zabit hospitala yerləşdirlib, vəziyyətləri stabildir.

Qeyd edək ki, Məmmədov N saylı hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi, Verdiyev isə həmin hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiridir.

Verdiyevin bir qolu amputasiya olunub, Məmmədov isə ayağını itirib.

Verdiyev əvvəllər Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb. Daha sonra Goranboydakı hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri olub.

Xəbər lenti

Xəbər lenti