...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2012 09:51 (UTC +04:00)
Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistanın silahlı bölmələri iyunun 10-u saat 08:00-dan bu gün səhər saat 08:00-dək qoşunların təmas xəttinin Ağdam, Goranboy, Tərtər, Füzuli və Gədəbəy rayonları istiqamətlərində atəşkəs rejimini pozmaqda davam ediblər və atışmalar intensiv xarakter daşıyıb.

Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti