...

Ermənistanın silahlı bölmələri atəşkəs rejimini intensiv pozmaqda davam edirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2012 10:37 (UTC +04:00)
Ermənistanın silahlı bölmələri atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam edirlər.
Ermənistanın silahlı bölmələri atəşkəs rejimini intensiv pozmaqda davam edirlər

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir M.Əliyev/

Ermənistanın silahlı bölmələri atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam edirlər.

Müdafiə Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, cəbhədə vəziyyət gərgin olaraq qalır.

Ermənistanın silahlı bölmələri iyunun 12-i saat 08:00-dan bu gün səhər saat 08:00-dək Tərtər rayonunun Qızıloba, Göyarx, Seysulan, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Şurabad, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam ediblər.

Azərbaycan tərəfdən heç bir itki və yaralı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti