...

Səudiyyə Ərəbistanı XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təzyiqin artırılması vacibdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2012 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir A.Tağıyeva/

Beynəlxalq birlik Yerevanın işğalçılıq siyasətindən əl çəkməsi üçün Ermənistana təzyiqi gücləndirməlidir. Bu barədə cümə axşamı Trend-ə Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini şahzadə Xalid bin Səud bin Xalid bildirib.

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan və ondan asılı olan hər şeyi edib. Hazırkı mərhələdə beynəlxalq birliyin münaqişənin həll olunması üçün Yerevana təzyiqləri artırması vacibdir", - Xalid bin Səud deyib.

Şahzadənin sözlərinə görə, Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı həmişə dəstəkləyib və dəstəkləyir. Çünki ədalət və həqiqət Azərbaycanın tərəfindədir.

O qeyd edib ki, bütün dünya Azərbaycan topraqlarının Ermənistan tərəfindən işğal olunduğunu bilir və etiraf edir və bu ədalətsizliyə son qoyulması vacibdir.

Nazir müavini onu da bildirib ki, Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsinin ən əlverişli həll yolunun diplomatik yol olduğunu hesab edir.

"Ermənistana izah etmək lazımdır ki, Azərbaycana qarşı öz təcavüzünü davam etdirdikcə o, bir çox müsəlman ölkələri tərəfindən təcrid olunacaq ki, bu da ölkənin özünə və regiona zərər verəcək", - o deyib.

Xəbər lenti

Xəbər lenti