...

ATƏT: Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində işi davam etdirəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyun 2012 18:17 (UTC +04:00)
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Parisdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının gedişini müzakirə ediblər.
ATƏT: Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində işi davam etdirəcəklər

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Parisdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının gedişini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ATƏT-in yaydığı məlumatında deyilir.

Görüşdə ATƏT-in Minsk qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri Jak For, Robert Bradtke və İqor Popov, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak ediblər.

"Xarici işlər nazirləri sülh nizamlanmasının əldə edilməsi üzrə həmsədrlərlə işi davam etdirmək üçün qətiyyətlərini qeyd edib, habelə danışıqların ab-havasını yaxşılaşdıra biləcək etimadın möhkəmləndirilməsi üzrə tədbirlərə hazır olduqlarını təsdiq ediblər", - məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, həmsədrlər nazirlərlə Dağlıq Qarabağ münaqişənin nizamlanması yollarını, həmçinin humanitar sahədə əlaqələrin inkişafı ilə bağlı gələcək işləri və atəşkəs rejiminin pozulmasının araşdırılması üçün mexanizmin yaradılmasını, o cümlədən tarixi və mədəni əhəmiyyətli obyektlərin qorunmasını müzakirə ediblər.

Həmsədrlər, həmçinin bu yaxınlarda təmas xətti boyunca baş verən insidentlərlə bağlı dərin narahatlıqlarını ifadə edib və 1994-cü ildə əldə edilən atəşkəs rejimi haqqında sazişə əməl etməyin vacibliyini vurğulayıblar.

"Görüş müsbət, konstruktiv ab-havada keçib", - məlumatda bildirilir.

Həmsədrlər növbəti addım kimi, regiona yaxın həftələr ərzində gələcəklər.

Xəbər lenti

Xəbər lenti