...

XİN: Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dünya ictimaiyyətinin mövqeyi ilə üst-üstə düşür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyun 2012 12:46 (UTC +04:00)
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməz olması ilə bağlı mövqeyi dünya ictimaiyyətinin mövqeyi ilə tam üst-üstə düşür.
XİN: Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dünya ictimaiyyətinin mövqeyi ilə üst-üstə düşür

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməz olması ilə bağlı mövqeyi dünya ictimaiyyətinin mövqeyi ilə tam üst-üstə düşür. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib.

"Mövcud vəziyyət bütün regionun gələcəyi və çiçəklənməsi naminə dəyişdirilməlidir. Biz ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını süni yolla uzatmağın lüzumsuzluğu ilə bağlı qeyd edilən mövqe ilə razıyıq. Belə ki, bu, regionun gələcəyinə və xalqların taleyinə təsir edir", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, Bakı dəfələrlə Dağlıq Qarabağ münaqişəsi üzrə hərtərəfli sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib və həmişə etimad tədbirlərinin möhkəmləndirilməsini dəstəkləyib.

"Ötən il Azərbaycanın Dağlıq Qarabağ regionunun icmaları arasında görüşün keçirilməsi təşəbbüsünü dəstəklədik, lakin Ermənistan tərəfi bunu etmədi", - Abdullayev vurğulayıb.

Onun sözlərinə görə, təmas xəttində istənilən insidentlər hər şeydən əvvəl Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən baş verir.

"Əgər Ermənistan nəhayət işğalçı qoşunlarını Azərbaycan ərazisindən çıxararsa, təmas xəttində insidentlər olmayacaq. Aydındır ki, nizamlanma üzrə mexanizmlərin işləməsi üçün Ermənistan qoşunlarının çıxarılması lazımdır, - Abdullayev deyib. - Regionun inkişafına ən böyük əngəl Azərbaycan torpaqlarının işğalıdır. Prezidentlərin bəyanatında qeyd edildiyi kimi, Ermənistan silahlı qüvvələrinin çıxarılmasından bütün region fayda əldə edəcək".

Xəbər lenti

Xəbər lenti