...

Ermənilərin tutduğu mövqe müharibəni zəruri edir - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2012 13:57 (UTC +04:00)
Ermənilərin tutduğu mövqe müharibəni labüd edir. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib.
Ermənilərin tutduğu mövqe müharibəni zəruri edir - politoloq

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir M.Əliyev/

Ermənilərin tutduqları mövqe müharibəni labüd edir. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib.

"Ermənilərin hərbi imici dağılmazsa, onlar nə vaxtsa yenidən müharibəyə başlayacaqlar. Ona görə də məhz ermənilərin hərbi imicini dağıtmaq, erməniləri ümumbəşəri dəyərlər standartlarına qaldırmaq üçün müharibə zəruridir", - o deyib.

Əhmədoğlu bildirib ki, indiki müharibə Azərbaycanın xeyrinə bitəcək.

Politoloq Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verənlərin mühüm nəticələr çıxarmaq üçün kifayət qədər əsaslar yaratdığını da deyib. "Ermənistanın hərb maşınının zəifliyi, Ermənistan hərbinin siyasətin qarışığından ibarət olduğu üzə çıxdı. Müəyyən fasilələrlə baş vermiş bir neçə insident Ermənistan cəmiyyətində ajiotaj yaratdı", - o deyib.

Əhmədoğlu eyni zamanda bildirib ki, Azərbaycan cəmiyyətində təxribat xarakterli müxtəlif informasiyaların davamlı şəkildə yayılmasına baxmayaraq, cəmiyyət özünü ləyaqətli şəkildə apardı.

O deyib ki, qoşunların təmas xəttində baş verən insidentlərdə itkilərin sayı Ermənistan dövlət maşını üçün əvvəlcə psixoloji faktora, sonra siyasi parametrə çevrildi. "İtkilərin sayı ilə manipulyasiya etməklə Ermənistan rəhbərliyi özünün əxlaqsızlığını ortalığa qoydu", - politoloq deyib.

Mərkəzinin direktoru qeyd edib ki, Ermənistan sayla manipulyasiyada bütün əndazələri aşdı. "Beş Azərbaycan hərbçisinin itkisini Ermənistan "İctimai televiziya"sı 14 kimi təqdim etdi. Bundan sonra Ermənistan ekspertlərindən biri 25 rəqəmini ortalığa qoydu. Başqa bir ekspert bu iki rəqəmi toplayıb 40 rəqəmini "kəşf etdi". Azərbaycan tərəfinin son insidentlərdə verdiyi itkilərlə bağlı məlumatlarda son nöqtəni Ermənistan Müdafiə Nazirliyinin baş psixoloqu D.Camalyan qoydu: "Azərbaycan ordusunun itkisi 47 nəfər olub", - Əhmədoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti