...

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində dinc danışıqları Ermənistan neytrallaşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2012 12:46 (UTC +04:00)
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində dinc danışıqları və sülh istiqamətində atılan bütün addımları neytrallaşdırır. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində dinc danışıqları Ermənistan neytrallaşdırır

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində dinc danışıqları və sülh istiqamətində atılan bütün addımları neytrallaşdırır. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Ermənistanın bütün potensialı Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə tənzimlənməsi resursunu tükətməyə sərf olunub.

Eyni zamanda, Əhmədoğlu qeyd edib ki, beynəlxalq aləm isə müharibə yolu ilə tənzimlənməni təhlükəli hesab edir.

"Müharibəni hər bir dövlət öz maraqları prizmasından təhlükəli hesab edir. Belə olan təqdirdə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində balans dinc yolla tənzimləmə və nəzarətsiz müharibənin qeyri-mümkünlüyü parametrləri arasında yaradılmalıdır", - o deyib.

Politoloq qeyd edib ki, rəsmi Yerevan son il ərzində humanitar əlaqələrin qurulmasına yalnız qadağa qoyub.

Əhmədoğlu həmçinin deyib ki, ATƏT0in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti hər cür məntiqdən tam uzaqdır və anlamaq mümkün deyil.

"Qoşunların təmas xəttindəki hərbi insidentlərin araşdırılması mexanizminin hazırlanması və snayperlərin geri çəkilməsi kimi ideyalara hədsiz çox dəstək verən həmsədrlər bir dəfə də olsun "Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqu" fikrini dillərinə gətirməyiblər. Həmsədrlərin özlərinin hazırladıqları və Azərbaycanın da qəbul etdiyi Yenilənmiş Madrid Prinsiplərinə görə, Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisi müəyyən edəcək", - o deyib.

Mərkəzin direktoru bildirib ki, həmsədrlərin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoquna dəstək verməməsi şübhələr yaradır.

"Ya vasitəçilər Dağlıq Qarabağ münaqişəsi regionunu müharibəyə hazırlayırlar, ya da özləri bu metodla vasitəçilikdən imtina etməklə bağlı niyyətlərini ortalığa qoyurlar. Dağlıq Qarabağda yaşayan ermənilərlə yaşamış azərbaycanlıların dialoqunun qurulması münaqişənin dinc yolla tənzimlənməsinin finiş xəttinə çıxması deməkdir. Finiş yolunun uzunluğu barədə müxtəlif versiyalar olsa da, bu finişdir", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti