...

Ermənistan silahlılarının təxribatı davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2012 09:32 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub.
Ermənistan silahlılarının təxribatı davam edir

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir M.Əliyev/

Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Ermənistan silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan, işğal olunmuş Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan, Tərtər rayonunun Qızıloba, Göyarx kəndləri yaxınlığında və adsız yüksəkliklərdə, Goranboy, Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti