...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2012 10:24 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəsi pozublar

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlıları dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Barekamavan və Berdavan; İcevan rayonunun Berkaber; Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdən; işğal olunmuş Ağdam rayonunun Şıxlar, Cəvahirli, Şirvanlı və Kəngərli; Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Horadiz; Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti