...

Elnur Aslanov: Dağlıq Qarabağ münaqişəsi regionun Avroatlantik məkana inteqrasiyasını çətinləşdirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2012 12:01 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsi regionun tam olaraq Avroatlantik məkana inteqrasiyasını çətinləşdirir.
Elnur Aslanov: Dağlıq Qarabağ münaqişəsi regionun Avroatlantik məkana inteqrasiyasını çətinləşdirir

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanla Ermənistan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsi regionun tam olaraq Avroatlantik məkana inteqrasiyasını çətinləşdirir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyası təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Bakıda keçirilən "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Konqresi və Festivalının açılışındakı çıxışı zamanı bildirib.

O qeyd edib ki, 20 faiz Azərbaycan torpağı Ermənistanın işğalı altındadır, milyonlarla qaçqın və məcburi köçkün var və bu, artıq dünya birliyində qəbul olunan real faktdır.

"Baxmayaraq ki, bununla bağlı BMT-nin 4 qətnaməsi qəbul olunub, Ermənistan 20 ildir ki, buna əhəmiyyət vermir. Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindən çıxmaqdan imtina edir", - Aslanov vurğulayıb.

PA rəsmisi deyib ki, işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması çox böyük iqtisadi təkana səbəb ola bilər və bundan dünya da yaralanar.

"Amma indi Ermənistan özü də iqtisadi böhran yaşayır, çıxış yoluna yaxın olmaq əvəzinə münaqişə bölgəsində vəziyyəti qızışdırır", - Aslanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti