...

Elmar Məmmədyarov: Ermənistan xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə spekulyasiya edir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2012 14:08 (UTC +04:00)
Ermənistan, heç şübhəsiz, Azərbaycanın tərkibində yaşamaq istəyən Dağlıq Qarabağ azərbaycanlılarının hüquqlarına məhəl qoymayaraq xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə spekulyasiya edir.
Elmar Məmmədyarov: Ermənistan xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə spekulyasiya  edir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub, başlıq dəyişdirilib (ilk xəbər 13:35-də yayılıb)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir S.Ağayeva/

Ermənistan, heç şübhəsiz, Azərbaycanın tərkibində yaşamaq istəyən Dağlıq Qarabağ azərbaycanlılarının hüquqlarına məhəl qoymayaraq xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə spekulyasiya edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov portuqaliyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Xalqların öz müqəddəratını təyinetmə prinsipi digər dövlətin, indiki məqamda Azərbaycan ərazisinin işğalı mənasına gəlmir", - Məmmədyarov deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki yekun aktını imzalayıb və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bu sənədin üç əsas prinsipinə söykənir. Bunlar güc tətbiq etməmək, ərazi bütövlüyünün qorunması və öz müqəddəratını təyinetmə prinsipləridir. "Lakin öz müqəddəratını təyinetmə prinsipi Azərbaycan ərazisinin işğalı mənasına gəlmir", - nazir qeyd edib.

O vurğulayıb ki, Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, habelə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri arasında keçirilən görüşdə münaqişə tərəflərinə yeni təkliflər irəli sürülməyib. "Biz danışıqlar prosesini davam etdirəcəyik, lakin böyük sülh sazişinin yekun variantı üzərində işə başlamaq istərdik", - nazir deyib.

Məmmədyarovun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun ortalarında münaqişə tərəfləri ilə danışıqları davam etdirmək üçün regiona səfər edəcəklər.

Portuqaliyanın xarici işlər naziri Paulu Portaşın sözlərinə görə, münaqişənin nizamlanmasında ərazi bütövlüyü prinsipi əsas götürülməlidir. "Mən münaqişənin diplomatik həllinə inanıram", - o deyib.

Xəbər lenti

Xəbər lenti