...

ATƏT atəşkəsin ən çox pozulduğu bölgəyə nümayəndələrini göndərir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Avqust 2012 09:31 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 29-da Azərbaycan Respublikasının Qazax rayonu Cəfərli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
ATƏT atəşkəsin ən çox pozulduğu bölgəyə nümayəndələrini göndərir

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 29-da Azərbaycan Respublikasının Qazax rayonu Cəfərli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və ofisin əlaqələndiricisi Piter Ki keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti