...

XİN: Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərin keçirilməsi Ermənistanın aqressiv siyasətinin göstəricisidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Avqust 2012 11:46 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində son günlər hərbi təlimlərin keçirilməsi Ermənistanın aqressiv siyasətinin göstəricisidir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib
XİN: Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərin keçirilməsi Ermənistanın aqressiv siyasətinin göstəricisidir

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində son günlər hərbi təlimlərin keçirilməsi Ermənistanın aqressiv siyasətinin göstəricisidir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

O vurğulayıb ki, dünya birliyi bu beynəlxalq hüquqa zidd hərəkətlərə laqeyd yanaşır.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri son vaxtlar Azərbaycanın işğal olunmuş ərazilərində intensiv hərbi təlimlər keçirirlər.

Xəbər lenti

Xəbər lenti