...

Qarabağ həqiqətləri Litva gənclərinin diqqətinə çatdırılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Avqust 2012 16:11 (UTC +04:00)
Bu gün Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasında Litvanın gənclər təşkilatlarının liderləri ilə görüş keçirilib.
Qarabağ həqiqətləri Litva gənclərinin diqqətinə çatdırılıb (FOTO)

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasında Litvanın gənclər təşkilatlarının liderləri ilə görüş keçirilib.

İcmadan Trend-ə verilən məlumata görə, "Azərbaycan-Litva Gənclərinin Yay Düşərgəsi" çərçivəsində keçirilən görüşdə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, Ermənistanın etnik təmizləmə və soyqırım siyasəti, problemin dinc vasitələrlə nizama salınması prosesində Azərbaycan dövlətinin mövqeyi, münaqişənin beynəlxalq-hüquqi aspektləri və s. məsələləri litvalı qonaqların diqqətinə çatdırıb.

Görüşdə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Analitik şöbəsinin müdiri Elçin Əhmədov, Beynəlxalq Əlaqələr şöbəsinin beynəlxalq qurumlarla iş üzrə eksperti Aynur Fərmanova iştirak edib.

Görüşdə, həmçinin Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Litvanın müxtəlif media qurumları və müvafiq orqanları ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə Litva Sosial Demokratlar Gənclər Təşkilatının sədri Yuras Pozelas, Yonava şəhərinin meri Mindaugas Sinkevicius, şəhər şurasının üzvü Darius Sucavius, eləcə də "Elta" və "Mamac" agentliklərinin müxbirləri də iştirak edib.

Xəbər lenti

Xəbər lenti