...

Mülki Aviasiya Administrasiyası: Xankəndində aeroportun istifadəyə verilməsi beynəlxalq hüquqa ziddir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Oktyabr 2012 18:46 (UTC +04:00)
Ermənistanın Xankəndində aeroportu istifadəyə verməsi ilə bağlı atdığı addımlar beynəlxalq hüquq normalarını pozmaq cəhdidir. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Mülki Aviasiya Administrasiyasından bildiriblər.
Mülki Aviasiya Administrasiyası: Xankəndində aeroportun istifadəyə verilməsi beynəlxalq hüquqa ziddir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.İsmayılov/

Ermənistanın Xankəndində aeroportu istifadəyə verməsi ilə bağlı atdığı addımlar beynəlxalq hüquq normalarını pozmaq cəhdidir. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Mülki Aviasiya Administrasiyasından bildiriblər.

Administrasiyadan qeyd ediblər ki, qurum işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki Xankəndi şəhərində Ermənistanın aeroportun istifadəyə verilməsinə dair fəaliyyəti ilə bağlı dəfələrlə öz mövqeyini bildirib.

"Mövqeyimiz dəyişməz olaraq qalır. Bütün addımlar beynəlxalq hüquq normalarına uyğun atılmalıdır", - administrasiyadan deyiblər.

Administrasiyadan vurğulayıblar ki, əgər aeroportun istifadəyə verilməsi və oraya təyyarələrin uçuşlara başlaması məlumatı həqiqətəuyğun olarsa, müvafiq dövlət orqanları və nazirliklər tərəfindən reaksiya verilməlidir.

"Hava məkanını pozanların fəaliyyəti haqqında hər hansı qərar dövlət səviyyəsində qəbul olunmalıdır, çünki bu məsələ artıq administrasiyanın səlahiyyətindən kənara çıxır", - qurumdan bildiriblər.

Qeyd edək ki, bu gün Ermənistan KİV Xankəndində aeroportun istifadəyə verilməsi ilə bağlı məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti