...

Səməd Seyidov: AŞ PA Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi öhdəliyi ilə bağlı müzakirələr aparmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Oktyabr 2012 20:31 (UTC +04:00)
AŞ PA Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi öhdəliyi ilə bağlı müzakirələr aparmalıdır. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın bazar ertəsi öz işinə başlayan payız plenar sessiyasında sərbəst müzakirələr çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çıxışında Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.
Səməd  Seyidov: AŞ PA Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi öhdəliyi ilə bağlı müzakirələr aparmalıdır

Fransa, Strasburq, 1 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

AŞ PA Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi öhdəliyi ilə bağlı müzakirələr aparmalıdır. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın bazar ertəsi öz işinə başlayan payız plenar sessiyasında sərbəst müzakirələr çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çıxışında Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.

Millət vəkili çıxışında AŞ PA-dan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrin aparılmasını tələb edib.

"Biz Avropa Şurasına üzv olarkən üzərimizə bir çox öhdəliklər götürdük. Bu öhdəliklərdən biri də Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması öhdəliyi idi. Hər il, hər sessiyada biz AŞ qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi mexanizmini müzakirə edirik. Bilin ki, bu öhdəliklər arasında önəmli olan digər bir öhdəlik də var. Bu isə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması öhdəliyidir. Bu öhdəlik həm Azərbaycan, həm də Ermənistan tərəfindən qəbul edilib. Mənim sualım belədir: Nə üçün 2001-ci ildən etibarən Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması öhdəliyi heç vaxt müzakirə edilməyib? Biz digər öhdəlilərin yerinə yetirilməsi məsələsini - mətbuat azadlığı, insan haqları və s. müzakirə etmişik, amma Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparmamışıq. AŞ insan haqlarının müdafiəsi təşkilatıdır. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparılmasını istəyirik", - Seydov deyib.

O qeyd edib ki, Dağlıq Qrarabağ üzrə Alt Komitə artıq mövcud deyil. O, fəaliyyət göstərmir.

"Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr təşkil etməliyik. Nə üçün bu öhdəliyə diqqət yetirilmir? Nə üçün bu öhdəlik yaddan çıxıb? Niyə görə bu məsələyə susqunluqla yanaşılır? Niyə görə gözləməliyik ki, digər beynəlxalq təşkilatlar bu məsələni müzakirə etsinlər? Biz Avropada ən qədim təşkilatıq. Bizim bu məsuliyyətimiz var. Buna görə, cənab prezident (AŞ PA sədri - red.), Dağlıq Qarabağ münaqişəsi və ondan irəli gələn digər məsələlərə dair müzakirələr aparmaq lazımdır. Yəni məsələni bütövlükdə müzakirə etməklə həqiqətən nə baş verdiyini daha düzgün başa düşə bilərik. Yalnız bu formada hər iki xalq bir araya gələrək Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu müzakirə edə bilər. Bu çox ağrılıdır. Düşünürəm ki, AŞ-nin bununla bağlı məsuliyyəti var. Hər bir ölkənin öz məsuliyyəti olduğu kimi, AŞ-nin də öz məsuliyyəti var. Susqunluq nümayiş etdirmək yalnız yeni zorakılıqlar və problemlərə yol açır və rəvac verir. Buna görə də AŞ və onun üzvlərindən Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunmasını tələb edirəm", - Seyidov bildirib.

Azərbaycanlı deputatın çıxışından sonra AŞ PA sədri Jan-Klod Minyon sessiyada bəyan edib ki, o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparmaq üçün müzakirələrdən sonra yerli vaxtla saat 18:00-da həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə öz bürosunda görüş keçirməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti