...

Rafael Hüseynov: Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə yeni-yeni faciələrin baş vermə ehtimalı hər an olacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Oktyabr 2012 20:53 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, Ermənistan dövlət terrorizmi siyasəti ilə idarə edildikcə yeni-yeni faciələrin baş vermə ehtimalı hər an olacaq. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın bazar ertəsi öz işinə başlayan payız plenar sessiyası çərçivəsində sərbəst müzakirələrdə çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.
Rafael Hüseynov: Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə yeni-yeni faciələrin baş vermə ehtimalı hər an olacaq

Fransa, Strasburq, 1 oktyabr, /Trend, müxbir A.Məhərrəmli/

Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, Ermənistan dövlət terrorizmi siyasəti ilə idarə edildikcə yeni-yeni faciələrin baş vermə ehtimalı hər an olacaq. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın bazar ertəsi öz işinə başlayan payız plenar sessiyası çərçivəsində sərbəst müzakirələrdə çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

Çıxışında Ramil Səfərov məsələsinə toxunan millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə toxunmadan, yəni səbəbdən bəhs etmədən nəticədən danışmaq düzgün deyil.

"Şərt də qoymağa cəhd olunur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmayaq, yəni nəticədən danışaq, səbəbdən bəhs etməyək. Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla Ermənistan ordusunun həlak olmuş zabiti arasında baş vermiş hadisədə əslində hər iki cavan qurbanlardır. Amansız müharibənin, çirkin siyasətlərin, iki ölkə arasında kənar qüvvələrin təşkil və idarə etdiyi, tamamlanmasına imkan vermədiyi münaqişənin qurbanları. Bu gənclərdən biri 9 il əvvəl həyatını itirib, digəri 9 ildir azadlıqdan məhrum olunub. 20 ildən artıq davam edən Ermənistan-Azərbyacan, Dağlıq Qarabağ münaqişəsi zamanı isə yüzlərlə belə gənclər həlak olub. Münaqişə bitmədikcə, Ermənistan işğal etdiyi 20 faiz Azərbaycan torpağından çıxmayınca, 1 milyona yaxın Azərbaycan insanı qaçqın və məcburi köçkün həyatı yaşadıqca, Ermənistan dövlət terrorizmi siyasəti ilə idarə edildikcə yeni-yeni faciələrin baş vermə ehtimalı hər an olacaq", - o deyib.

Hüseynov qeyd edib ki, Avropa Şurasında, digər beynəlxalq təşkilatlarda "Ramil Səfərov işi" adlı müzakirələrin keçirilməsi vahid mərkəzdən təşkil olunan, maliyyələşdirilən, istiqamətləndirilən prosesdir. Pərdə arxasındakı rejissorları əslində nə erməni zabitin ölümü, nə də Azərbaycan zabitinin 9 il həbsdən sonra əfv edilməsi maraqlandırır.

"Onlar maraqlıdırlar ki, münaqişə soyumasın, davam etsin, dərinləşsin. Çünki bundan milyardlar qazanırlar. Ermənistanın zəbt etdiyi və hər cür beynəlxalq nəzarətdən kənar olan Azərbaycan ərazilərində işğalçı qüvvələr narkotiklərin yetişdirilməsi və tranziti üçün son dərəcə münasib məkan qazanıblar. Belə gəlir mənbəyini əldən verməmək üçün erməni lobbisi, onlarla əlbir olan qüvvələr minlərlə erməni və Azərbaycan zabitini tərəddüd etmədən qurban verərlər. Ramil Səfərov günah edib, cəzasını alıb və həm beynəlxalq, həm də Azərbaycan qanunvericiliyi çərçivəsində heç bir pozuntuya yol verilmədən nəhayət ki, azad edilib. Bu artıq tarixin arxada qalan səhifəsidir. Yüz müzakirə və hay-küylə daha bu qərarı dəyişmək mümkün deyil. Amma Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi bitməyib, 1 milyona yaxın azərbaycanlı faciəli qaçqın, məcburi köçkün həyatını yaşamaqda davam edir, ağır iqtisadi tənəzzül vəziyyətində olan Ermənistan əhlisinin güzəranı gün-gündən pisləşir, dözülməz həyat şəriti üzündən hər il yüz mindən artıq insan Ermənistanı tərk edir, tarixi ənənələri olan bir ölkə idarəediciləri tərəfindən iflas girdabına sürüklənir. Bu gün aktual olan, müzakirəyə çıxarılmağa, cavab axtarılmağa layiq olan bu mövzular, bu suallardır. Kim ki, bu əsas, vacib, həyati əhəmiyyətli məsələlərin daim gündəlikdə olub müzakirələrinin aparılmasının qarşısını alır, ikinci dərəcəli məsələlərin müzakirəsi ilə ictimaiyyəti çaşdırmağa cəhd edir, onlar Azəbaycaycanın da, Ermənistanın da bədxahlarıdır. Və həmin hiyləgər bədxahlar da imkan vermirlər ki, Azərbaycanla Ermənistan üz-üzə dayanıb heç kəsin müdaxiləsi olmadan öz problemlərini özləri həll etsinlər", - Hüseynov deyib.

Xəbər lenti

Xəbər lenti