...

XİN: Azərbaycanın işğal edilmiş ərazilərində istənilən fəaliyyət qeyri-qanunidir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2012 18:05 (UTC +04:00)
Azərbaycanın işğal edilmiş ərazilərində istənilən fəaliyyət qeyri-qanunidir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə mənfi təsir göstərir.
XİN: Azərbaycanın işğal edilmiş ərazilərində istənilən fəaliyyət qeyri-qanunidir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın işğal edilmiş ərazilərində istənilən fəaliyyət qeyri-qanunidir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə mənfi təsir göstərir.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bir müddət əvvəl Ermənistan KİV-in Xankəndində aeroportun istifadəyə verilməsi haqqında yaydığı məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı mövqeyini bildirməlidir. Ermənistanın bu cür qanunsuz fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətindən kənar qalmamalıdır.

Abdullayev bildirib ki, Ermənistanın fəaliyyəti, yəni Xankəndində aeroportun açılması beynəlxalq konvensiyalara və xüsusən Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasına ziddir.

O qeyd edib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın suverenliyinə qarşı yönəldilmiş faktı diqqətdən kənar saxlamamalıdır.

"Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində status-kvonu bütün vasitələrlə saxlamağa çalışır. ATƏT, BMT və digər beynəlxalq təşkilatlar tutarlı sözlərini deməli və Ermənistanı Azərbaycan ərazilərini boşaltmağa məcbur etməlidirlər", - Abdullayev Ermənistan XİN rəhbərinin BMT-nin Baş Assambleyasında çıxışını şərh edərkən deyib.

Xəbər lenti

Xəbər lenti