...

Bolqarıstanın keçmiş prezidenti: Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll olunsa, münaqişə müəyyən müddətdən sonra yenidən alovlanacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2012 12:18 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll olunsa, münaqişə yenidən alovlanacaq. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Bolqarıstanın keçmiş prezidenti Jelyu Jelev bildirib.
Bolqarıstanın keçmiş prezidenti: Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll olunsa, münaqişə müəyyən müddətdən sonra yenidən alovlanacaq

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll olunsa, münaqişə müəyyən müddətdən sonra eyni arqumentlər və eyni emosiyalarla yenidən alovlanacaq. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Bolqarıstanın keçmiş prezidenti Jelyu Jelev bildirib.

"Bu münaqişəni silah yolu ilə həll etməyə cəhd göstərsələr, o zaman müəyyən vaxtdan sonra münaqişə yenə də alovlanacaq. Ümid edirəm ki, bu münaqişə tezliklə həll olunacaq. ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar davam etməlidir. Eyni zamanda, başqa ölkələrin təcrübələrindən istifadə etmək olar", - sabiq prezident əlavə edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi uzun müddətdir ki, gündəmdədir.

"Hakimiyyətdə olduğum müddətdə həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə bu barədə müzakirələr aparmışam. Çalışırdım ki, problemin həll olunmasında ortaq məxrəcə gəlinsin. Bu münaqişə yalnız sülh, danışıq yolu ilə həll olunmalı, dəyirmi masada müzakirə edilməlidir. Silah və zorakılıqla bunu həll etmək olmaz", - Jelev qeyd edib.

Xəbər lenti

Xəbər lenti