...

Oqtay Əsədov: Bəzən beynəlxalq qurumlar obyektiv reallığı əks etdirməyən məlumatlar əsasında qərarlar qəbul edirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2012 18:00 (UTC +04:00)
Bəzən beynəlxalq qurumlar tələskənliyə yol verir, obyektiv reallığı əks etdirməyən məlumatlar əsasında qərarlar qəbul edirlər.
Oqtay Əsədov: Bəzən beynəlxalq qurumlar obyektiv reallığı əks etdirməyən məlumatlar əsasında qərarlar qəbul edirlər

Azərbaycan, Bakı, 5 oktyabr /Trend müxbir M.Əliyev/

Bəzən beynəlxalq qurumlar tələskənliyə yol verir, obyektiv reallığı əks etdirməyən məlumatlar əsasında qərarlar qəbul edirlər. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Sədri Oqtay Əsədov Avropa Parlamentinin deputatı Rəşidə Dati ilə görüşdə bildirib.

"Azərbaycan da bu hallarla rastlaşır. Bədxahlarımızın təsiri altında qəbul olunmuş bu qərarlar ölkə ictimaiyyətini haqlı olaraq narahat edir, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə maneçilik törədir", - Əsədov deyib.

Sədr vurğulayıb ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında ədaləti həllinin tərəfdarıdır.

Avropa Parlamentinin fransalı üzvü Rəşidə Dati görüşdə bildirib ki, Azərbaycan Avropa Parlamenti və Fransa üçün Cənubi Qafqazda çox önəmli ölkədir və bölgədə baş verən ictimai-siyasi proseslərə diqqət böyükdür.

"Biz gələcəkdə də Qafqazın bu bölgəsi ilə əlaqələrimizi genişləndirmək niyyətindəyik. İnanıram ki, münasibətlərimizin inkişafı hər iki tərəf üçün faydalı olacaq", - Dati deyib.

Xəbər lenti

Xəbər lenti